AZ

Hollivud Şöhrət Xiyabanında ilk: Super qəhrəmanın bir ulduzu olacaq

Betmen personajı Hollivud Şöhrət Xiyabanında ulduz alan ilk superqəhrəman olub.

Kulis.az xəbər verir ki, əfsanəvi qəhrəmanın adı məşhur küçədəki uydurma personajların uzun siyahısına daxil edilib.

İlk dəfə 1939-cu ilin martında DC" komikslərində görünən personaja 26 sentyabrda ulduz veriləcək. Daha əvvəl obrazı canlandıran aktyorlardan hər hansı birinin orada olub-olmayacağı hələlik açıqlanmayıb.

Hollywood

Mərasimdə "DC" şirkətinin prezidenti və baş kreativ direktor Cim Linin iştirak edəcəyi təsdiqlənib.

Hollivud Ticarət Palatasının prodüseri Ana Martinez Betmenin bu şərəfə layiq görülməsi haqqında deyib:

“Biz Hollivud Şöhrət Xiyabanında ilk superqəhrəmanımızı şərəfləndirməkdən qürur duyuruq! Tək və yeganə Batman!”

Hollivud

Qeyd edək ki, bu vaxta qədər Betmeni müxtəlif vaxtlarda 11 aktyor canlandırıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
kulis.az

2Mənbələr