AZ

Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatla bağlı layihələrdə kibertəhlükəsizliyə önəm verilir

Azərbaycanın “Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyası”nda yaşıl iqtisadiyyata keçid və kibertəhlükəsizlik məsələləri ön plandadır.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.

“Çünki yaşıl iqtisadiyyat və kibertəhlükəsizlik məsələləri getdikcə daha çox önəm daşımağa başlayıb. Bu iki sahə əvvəl fərqli görünsə də, bir-biri ilə sıx bağlıdır və inkişaf üçün hər ikisinin balanslaşdırılması çox vacibdir. Yaşıl iqtisadiyyat, ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsi iqtisadi inkişafı birləşdirən bir konsepsiyadır. İqtisadiyyat Nazirliyi tərəfindən digər dövlət qurumları ilə birlikdə hazırlanmış “Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya”ya uyğun olaraq hazırda dövlət-özəl layihəsi çərçivəsində informasiya və kibertəhlükəsizlik laboratoriyalarının formalaşdırılması istiqamətində kifayət qədər ciddi işlər aparılır. Bu birgə fəaliyyətin əsas məqsədi karbon emissiyalarının azaldılması, resursların təkrar istifadəsi, tullantıların azaldılması, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə nail olmaqdır”, - deyə S.Ələkbərov əlavə edib.

Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatla bağlı irihəcmli infrastruktur layihələrinin icra edildiyini diqqətə çatdıran Sahib Ələkbərov layihələrin icrası zamanı informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsinə xüsusi önəm verildiyini bildirib.

AZƏRTAC

Seçilən
14
2
vergiler.az

3Mənbələr