AZ

Azərbaycanda hələ belə biabırçılıq olmayıb: İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır

Sabunçuda Azərbaycan tarixində misli bərabəri olmayan biabırçılıq yaşanmaqdadır. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bir neçə aydır ki, yeni yığım kampaniyasına başlayıb.

Bu sözlər Sabunçu sakini Nazim Əliyevin “Yeni Gundem”-in elektron poçtuna göndərdiyi yazıdandır

Rayon ərazisindəki bütün torpaqları son qarışına kimi sataraq 100 milyonlarla vəsait əldə edən Adil Vəliyev, bugünlərdə vətəndaşların əmlakına kütləvi şəkildə əl qoymağa başlayıb. Belə ki, həyət evlərində məskunlaşan, habelə torpaq üzərində yardımçı təəsrrüfatı, obyekti, qarajı olan şəxslərdən bu torpaq və obyektlərin sənədini tələb edən icra hakimiyyəti, sovet dönəmindən qalan sənədləri tanımadığını bildirib. Ələkbər adlı məmur-qoçunu yeni yığımkampaniyasına rəhbər təyin edən Adil Vəliyev, bəyan edib ki, artıq SSRİ mövcud olmadığı üçün sovet dövründə verilən bütün mülkiyyət şəhadətnamələri öz hüquqi əhəmiyyətini itirib. Buna görə də icra hakimiyyətinin həmin obyektləri qanunsuz tikili kimi sökmək, torpaq sahələrini isə müsadirə etmək hüququ mövcuddur.

İcra hakimiyyəti tərəfindən irəli sürülən bu absurd iddia vətəndaşların ciddi etirazına səbəb olub. Xüsusilə də, obyekti sökülən vətəndaşlar bunu xüsusi mülkiyyətə, eləcə də mülkiyyət azadlığına qarşı qəsd kimi dəyərləndirib.

Vətəndaşlar qeyd edir, icra hakimiyyəti əlində sovet dönəminə məxsus mülkiyyət sənədi olan şəxslərə bildirir ki, söküntü və müsadirə prosesinin qarşısını almağın yalnız bir yolu var. Bu yol da vətəndaşın həmin ərazi və ya obyekt üçün icra hakimiyyətinə pul ödəməsindən keçir. Başqa sözlə desək, Sabunçu Rayon İcra Hakimiyyəti vətəndaşı sahibi olduğu torpaq və obyekti yenidən almağa məcbur edir ki, bu da vətəndaşın mülkiyyət hüququna təcavüzdən başqa bir şey deyil.

Vətəndaşlar bütün əlaqədar qurum və yetkililəri Adil Vəliyevin qanunsuz əməllərinin qarşısını almağa çağırır və ümid edirlər ki, gec də olsa Sabunçu Rayon İcra Hakimiyyətinin biabırçılığınınqarşısını almaq üçün əməli addımlar atılacaq.

Yazıda gedən fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Seçilən
52
10
yenigundem.az

10Mənbələr