AZ

Neft müqaviləsi iki əsrin geostrateji reallıqlarını formalaşdırdı- ÖZƏL

"30 il əvvəl - 20 sentyabr 1994-cü ildə olduqca mürəkkəb beynəlxalq vəziyyətdə, torpaqlarımızın işğal altında olduğu vaxtda və güc mərkəzlərinin nəzər-diqqətinin Cənubi Qafqaza yönəldiyi şəraitdə Azərbaycan strateji manevrlər edərək maraqları uzlaşdıra və "Əsrin müqaviləsi" adlı tarixi kontraktın imzalanmasına nail ola bildi".

"Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib:

"Neft müqaviləsi iki əsrin geostrateji reallıqlarını formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində XX əsrdə başlayan Azərbaycanın yeni - praqmatik enerji diplomatiyası XXI yüzillikdə Xəzərin geosiyasi statusunu yüksəltdi, Cənubi Qafqazı Avrasiyanın "heartland" nöqtələrindən birinə çevirdi...
"Əsrin müqaviləsi"ndən 29 il sonra Cənubi Qafqaz sülh və təhlükəsizlik xüsusunda daha bir tarixi və geostrateji hadisəyə ev sahibliyi etdi. 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə imza atmış Azərbaycan Ordusunun lokal antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonundakı separatçılar "ağ bayraq" qaldırdılar. İkinci kapitulyasiya sonucunda Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdi - qeyri-qanuni erməni silahlı dəstələri tam tərksilah olundular. Qondarma rejim tarixin arixivinə yollandı, separatizmə birdəfəlik son qoyuldu. Tarix dərsi keçdik - tarixi dərs verdik: uydurma "status" iddiası, qondarma qurumun "müstəqillik" xülyası forpost Ermənistanın "müstəqillik günü"ndə (21 sentyabr) tamamilə dəfn olundu. Məlumun elanı olan bu məsələ bölücülərin "müstəqillik" arzusunun bir daha və heç vaxt dilə gətirilməyəcəyinə dair son nöqtədir.  Elə nidanı da biz qoyduq: "Qarabağ Azərbaycandır!".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
olaylar.az

1Mənbələr