AZ

Süni gərginlik atmosferinin davam etməsi Bakı-Rusiya münasibətlərində soyuqluq yarada bilər - ÖZƏL

"Zəngəzur dəhlizi məsələsi geopolitik bir məsələdir və burada böyük dövlətlərin və regional dövlətlərin üst-üstə düşən və kəsişməyən maraqlarının olması əslində təbiidir".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Azərbaycanın Rusiya ilə bu məsələdəki ortaq marağı dəhlizin açılması ilə bağlıdır. Amma üst-üstə düşməyən marağı isə dəhlizə Rusiyanın nəzarət etməsi məsələsidir. Ümumiyyətlə  Azərbaycan tərəfi Zəngəzur dəhlizində Ermənistanın daxili heç kəs nəzarət etməsini istəmir. Yəni burada belə deyək, azad güclərin olmasını biz daha çox istəyirik və bu ərazidən maneəsiz keçidin təmin edilməsini istəyirik. Yəni biz bu ərazidən keçək, bizə bir nəzarət olmasın, amma ərazi yenə Ermənistan ərazisidir, belə götürək. Bunu təmin etmək əslində beynəlxalq hüquqla mümkündür. Ermənistanla ikili danışıqlarla bu məsələyə dair ortaq razılığa gəlmək olar. Rəsmi Bakı bu məsələlərdə həmişə Rusiya faktorunu nəzərə alıb. Amma təəssüflər olsun ki, Rusiyanın Ermənistana həm silah satması, Ermənistanla əməkdaşlığı davam etdirməsi və gərginlik fonu yaradaraq bizi aldatmağa çalışması artıq bizim də etimadımızı zədələyir. Rusiya bu kimi məsələlərdə Bakının maraqlarını nəzərə almalıdır. Əks təqdirdə Azərbaycanın da fərqli maraqları var və dəhlizin açılmasını istəməyə bilər. Prinsipcə, bu dəhliz bizə lazımdır. Amma prioritet məsələ deyil. Baxın, danışıqlar prosesində biz daha çox nəyi tələb edirik, Konstitusiya məsələsi. Amma dəhliz məsələsinin o qədər də üzərinə düşmədik. Hətta belə deyək, delimitasiya, demarkasiyanı belə sonralar həll edə bilərik. Amma bizim əsas prioritet məsələ sülhlə bağlı Ermənistan konstitusiyasının dəyişilməsidir. Zəngəzur dəhlizi, delimitasiya, demarkasiya məsələləri, ilkin sülh müqaviləsindən sonra da müzakirə ediləcək məsələlər olduğu üçün Bakı bu məsələləri əslində prioritet yox da, həlli vacib, daha sonra həll edilə biləcək məsələ kateqoriyasına salır. Rusiya ilə bu məsələdə maraqlarımız üst-üstə düşmürsə və Kreml bizi aldatmağa çalışırsa, bundan ancaq itirəcək olan dövlət şübhəsiz ki, elə Rusiyanın özü olacaq, Azərbaycanın burada itirəcək heç nəyi yoxdur.
Bu baxımdan da Rusiyanın dəhliz məsələsində ikiüzlü davranması, Ermənistana yardımlar etməsi və yaranan bu süni gərginlik atmosferinin davam etməsi şübhəsiz ki, Bakı-Rusiya münasibətlərində soyuqluq yarada bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr