AZ

Baltikyanı ölkələr Rusiya ilə eyni enerji sistemindən ayrılır

Baltikyanı ölkələr Rusiya ilə eyni enerji sistemindən ayrılır

2025-ci ilin fevral ayında Baltikyanı ölkələrin elektrik şəbəkəsi operatorları Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın vahid elektrik şəbəkəsindən (BRELL) ayrılacaqlar. AFN.az xəbər verir ki, bu barədə Litvanın energetika naziri Dainius Kreyvis yerli mediaya məlumat verib.“Litva, Latviya və Estoniya fevralın 8-də BRELL sistemindən ayrılacaq və təcrid olunmuş rejimdə işini sınaqdan keçirəcək”.Nazirin sözlərinə görə, Baltikyanı ölkələrin elektrik şəbəkələri Avropa şəbəkələri ilə sinxron rejimdə işləməyə başlayacaq.Baltikyanı ölkələr öz elektrik şəbəkələrinin Polşa vasitəsilə Avropa ilə sinxronlaşdırılmasını layihəsini həyata keçirirlər. Avropa sisteminə qoşulan Vilnüs, Riqa və Tallinn eyni vaxtda BRELL-dən ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
afn.az

1Mənbələr