AZ

Livanda kiberhücum nəticəsində ölənlərin sayı 32-yə çatıb

Livanda müxtəlif rabitə cihazlarının partlaması nəticəsində ölənlərin sayı 32 nəfərə yüksəlib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad məlumat verib. O, kiberhücumlar zamanı xəsarət alanların sayına dair dəqiq rəqəmlər səsləndirməsə də, minlərlə insanın xəstəxanalara yerləşdirildiyini bildirib.

Qeyd edək ki, sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində rabitə qurğularında partlayışlar baş verib. Həmin qurğuların “Hizbullah” hərəkatının üzvləri tərəfindən geniş istifadə olunduğu güman edilir.

Çox sayda cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik dəqiq bilinməsə də, Livanın hakimiyyət orqanları hadisədə İsraili günahlandırıb.

Bakivaxti.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
hurriyyet.az

4Mənbələr