AZ

Yaponiya Livanda partladılan qurğularla bağlı araşdırma ELAN ETDİ

Yaponiya Livanda partladılan qurğularla bağlı araşdırmaya başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə şirkətin saytındakı rəsmi məlumatda deyilir. Yaponiyanın “Icom” şirkəti Livanda özünün loqosu olan radioların partladılması ilə bağlı araşdırma elan edib.

Qeyd olunur ki, şirkət 2004-cü ildən 2014-cü ilə qədər xaricdə, o cümlədən Yaxın Şərqdə IC-V82 radiostansiyalarının istehsalı və tədarükünü həyata keçirib.

Modelin istehsalı təxminən 10 il əvvəl dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr