AZ

Yunanıstanla standartlaşdırma sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Kolumbiyanın Kartaxena şəhərində keçirilən illik toplantısı çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu və Yunanıstan Standartlaşdırma Təşkilatı (NQIS/ELOT) arasında Anlaşma Memorandumu imzalanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, sənəd standartlaşdırma sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Kolumbiya Texniki Standartlar və Sertifikatlaşdırma İnstitutu (ICONTEC) tərəfindən təşkil olunan illik toplantı çərçivəsində AZSTAND əməkdaşları ISO Baş Assambleyasının 46-cı və İnkişaf etməkdə olan ölkələrə dəstək Komitəsinin (ISO DEVCO) 58-ci iclaslarında, o cümlədən 2025-2027-ci illər üzrə ISO prezident seçkiləri və eyniadlı Şuraya (ISO Council) üzv seçkilərində iştirak ediblər.

Səfər çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının, eləcə də Qazaxıstan, Özbəkistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Çinin standartlaşdırma qurumlarının, Amerika Test Materialları Cəmiyyətinin (ASTM) və İstehlakçı Siyasəti Komitəsinin (ISO COPOLCO) nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. ISO COPOLCO heyəti ilə görüş zamanı Komitədə AZSTAND-ın iştirakının genişləndirilməsi və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müvafiq standartların qəbulu istiqamətində müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
vergiler.az

1Mənbələr