AZ

ABŞ kəşfiyyat rəsmisinin Azərbaycana səfəri nə ilə bağlı idi? - ÖZƏL

"Azərbaycanla Ermənistan arasında oktyabrda sülh müqaviləsinin bağlanması istiqamətində ABŞ və Böyük Britaniya birgə çalışır. ABŞ kəşfiyyat rəsmisinin və Böyük Britaniyanın Mİ6 rəhbərinin Azərbaycana səfəri əsasən bununla bağlı idi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "ABŞ və Böyük Britaniya Mərkəzi Asiyaya açılım siyasəti və Xəzər hövzəsində yeni bir geosiyasi layihələr hazırlayır. Rusiyanı regiondan çıxarmalı və Zəngəzur dəhlizin açılması istiqamətində ciddi işləyirlər. İranın bütün isterikalarina baxmayaraq Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək. Azərbaycanda sülhə hazırdır. Azərbaycan müdafiə və təhlükəsizlik sahəsinə bu ilki  büdcəni ötənilkindən az ayırdı. Bu, Azərbaycanın qarşı tərəfə mesajıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
olaylar.az

1Mənbələr