AZ

Von der Leyen: Məqsəd Ukraynada enerjiyə tələbatın 75 faizinin daxili istehsal hesabına təmin edilməsidir

“Avropa İttifaqının əsas məqsədi Ukraynanın elektrik enerjisinə tələbatının 75 faizinin daxili imkanlar hesabına təmin olunmasıdır”...

APA xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, sözügedən göstəricinin artırılması üçün potensial var:

“Bu ilin qış mövsümündə məqsədimiz Ukraynada enerji istehsalının həcmini 25 faiz artırmaqdır. Biz başa düşürük ki, 75 faizlik planı yerinə yetirmək çox çətin olacaq. Ukraynanın elektrik enerjisinə olan tələbatın 75 faizinin daxili istehsal hesabına təmin edilməsi əsas prioritetimizdir. Təbii ki, biz bu rəqəmin artırılmasının tərəfdarıyıq. İki il əvvəl də müəyyən proqnozlar var idi, lakin o zaman məqsədimizə nail olmaq çətin olmuşdu. Səylə çalışdıqdan sonra həmin dövrdə Rusiyanın enerji daşıyıcılarından asılılığı kompensasiya etməyə nail olduq”.

Poliqon.info

Seçilən
4
2
poliqon.info

3Mənbələr