AZ

İrandan gətirdiyi 2 mindən çox siqaret qutusunu dənizə atıb qaçmaq istədi - Video

Sentyabrın 10-u saat 01:37-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub.

Bu barədə Sabah.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb.

Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçikhəcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən İran vətəndaşı, 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Muhamməd saxlanılıb.

Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu “Manchester Nano Black” markalı siqaret aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Seçilən
29
32
sabah.az

10Mənbələr