AZ

Dünya müharibəsi başlana bilər - Avropa Parlamenti qətnamə qəbul etdi

Avropa Parlamenti Ukrayna ordusunun Rusiyaya hücumu ilə bağlı qətnamə qəbul edib

Hurriyyet.az xəbər verir ki, Avropa Parlamenti Ukrayna ordusuna Rusiya ərazilərinə hücum etmək icazəsi vermək çağırışı edən qətnamə qəbul edib.

Bu barədə AP-nin mətbuat xidməti məlumat verib.

Strasburqda keçirilən plenar sessiyada deputatların 425 nəfəri qərarın lehinə, 131 nəfəri əleyhinə səs verib. 63 deputat bitərəf qalıb.

Xəbərdə deyilir: "Avropa parlamenti üzv dövlətləri  Ukraynaya verilmiş Qərb silah sistemlərindən Rusiya ərazisindəki qanuni hədəflərə zərbə zamanı istifadəyə məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır". 

Hürr Tərcüman

 

Seçilən
8
hurriyyet.az

1Mənbələr