AZ

Əli Kərimlinin məhkəməsi oktyabrın 14-nə kimi təxirə salınıb

Sentyabrın 19-da Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində qaldırılan şikayətlə bağlı prosesi oktyabrın 14-nə qədər təxirə salıb. 
 
Bu gün keçirlən iclasda Əli Kərimli haqqında səsləndirilən ittihamları rədd edib. İddiaçı tərəf isə etiraz edərək vəsatətin "elektron məhkəmə" portalında onun "şəxsi kabinetində" yerləşdirilmədiyini bildirib.
 
Bununla əlaqədar olaraq hakim ərizəçinin vəsatətlə tanış ola bilməsi üçün iclası oktyabrın 14-nə qədər təxirə salmağa qərar verib.

Bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli  də onun barəsində xüsusi ittihamla qaldırılan cinayət işi ilə bağlı hazırlıq məhkəməsi keçiriləcəyi barədə  öz sosial hesabında yazıb. 
 
Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.

Aytac Zeynalova


www.anews.az
Seçilən
73
1
anews.az

10Mənbələr