ABŞ ilə münasibətləri bərpa etmək üçün Gürcüstana qarşı saxta ittihamlara son qoyulmalıdır.
İnterpress.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Papuaşvili deyib.
Onun sözlərinə görə, tətbiq edilən sanksiyalar bu ittihamların bir hissəsidir, xüsusən də polis əməkdaşlarına qarşı.
“İstənilən ölkədə polis məmuru dövlətin və onun nümayəndəsinin simasıdır. Ona görə də polis əməkdaşına edilən istənilən hücum dövlətə hücumdur”, – spiker əlavə edib.
Papuaşvili qeyd edib ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlıdır.
Sentyabrın 16-da məlum olub ki, ABŞ Maliyyə Nazirliyi bir neçə Gürcüstan vətəndaşına qarşı maliyyə sanksiyaları tətbiq edib.
Xuraman Etibarlı
İnterpress.az