İkinci əl telefonların satıldığı mağazalara da müraciət edənlər az deyil. Adətən həmin mağazalarda ikinci əl telefonlar alınıb təkrar satışa çıxarılır. Belə olan halda format edilərkən telefonların yaddaşındakı faylların tamamilə silinməsi mümkündürmü? Yəni şəxsi məlumatların digər şəxslərə ötürülməməsi üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis, zərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Referans.az" target="_blank">Referans.az - ın suallarını cavablandırarkən deyib ki, insanlar telefonlarını satarkən onların şəxsi məlumatları ələ keçə bilər. Bununla bağlı xüsusi proqramlar mövcuddur. Həmin proqramlar vasitəsi ilə hətta silinən faylların qaytarılması da mükmündür. Bu səbəbdən telefonunu satan şəxslər mütləq şəkildə telefonlarının yaddaş kartını telefondan çıxarmalıdırlar. Bundan sonra isə telefonun öz yaddaşına isə mütəxəssis tərəfindən məlumatların bərpaolunmadan silinməsi üçün texnoloji iş aparılmalıdır.
Ekspert vurğulayıb ki, bunun üçün müxtəlif üsullar var. Məlumatların geri qaytarılmasını qeyri-mümkün edən bu üsullarını yalnız bu sahənin mütəxəssisləri bilir. Daha çox əvvəllər insanların ikinci əl telefon alışı və satışı zamanı şəxsi məlumatların ələ keçirilməsi ilə bağlı faktlar olub. Buna görə də qeyd etdiyim kimi məqamlara diqqət etməklə şəxsi məlumatların ələ keçməsini önləmək mümkündür.
Kiber Təhlükəsizlik Platformasına rəhbəri Şahin Aliyev də Referans.az" target="_blank">Referans.az - a açıqlamasında bildirib ki, ümumiyyətlə ikinci əl telefonların alınması məsləhət görülmür. Çünki belə telefonlar həm texniki baxımdan zəmanətsiz olur həm də istifadə olunduğu müddət ərzində nə baş verəcəyi məlum deyil. Telefonlar ümumilikdə formatlandığında telefonların yaddaşında olan məlumatlar silinsə də bəzi viruslar telefona daxil olur və sonradan o viruslar özlərini təkrarlaya bilir. Belə hallar əlbəttə ki, mümkündür.
Mütəxəssisin fikrincə yaddaşı tamamilə formatlanmış telefonların şəxsi məlumatların ələ keçməsi ilə bağlı ciddi bir təhlükəsi yoxdur.
"Təbii ki, telefonun formatlanması düzgün aparıldığı halda bütün köhnə informasiyalar silinmiş olur. İstənilən halda ikinci əl telefonların istər alışından istərsə də satışından kənar qalmaq daha yaxşıdır",- deyə o qeyd edib.
Bünyamin Bünyadzadə