AZ

İNGİLİS GEDİR: “Britiş Petrolium” Azərbaycanın qaz kəmərindəki payını satır

BP Azerbaijan şirkəti Azərbaycandan Avropaya qaz nəql edən boru kəmərindəki 20 faizlik payını satır.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, BP Trans-Adriatik Qaz Boru Kəmərindəki (TAP) paylarını Amerikanın özəl investisiya fondu Apollo Global Management-ə satmağa razılaşıb.

Alqı-satqının məbləği bir milyard dollardır.

Qeyd edə ki, TAP kəməri ilə hər il 10 milyard kubmetrdən çox Azərbaycan qazı Avropaya verilir. Hazırda Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, 2027-ci ilə qədər kəmərin ötürücülük qabiliyyətini iki dəfə artırmaq məqsədi daşıyan investisiyaların cəlb edilməsi üzrə danışıqlar aparılır. Lakin bu, həm də qaz hasilatının artırılmasını və yeni kompressor stansiyalarının tikilməsini tələb edir.

TAP-ın gücünün ikiqat artırılması üzrə işlərin dəyəri ekspertlər tərəfindən milyardlarla dollar dəyərində qiymətləndirilir. Nəzərə alsaq ki, Avropa şirkətləri Azərbaycan qazının alınması üçün uzunmüddətli müqavilələrin bağlanmasına o qədər də maraq göstərmirlər, investorların bu layihəyə sərmayə yatırmaq motivasiyası çox arzuolunandır.

BP TAP-dakı paylarını satmağa vadar edən səbəblər açıqlamır.

Şirkətin səhmlərini almağa hazırlaşan Apollo Global Management idarəsi altında təxminən 600 milyard dollar olan özəl investisiya fondudur. Apollo Global Management pensiya fondları, ianələr və suveren sərvət fondları, eləcə də digər institusional və özəl investorlar adından sərmayə qoyur./Azpost.info

Seçilən
14
5
hurriyyet.az

6Mənbələr