AZ

Kiyevə pis xəbər: 4 məsələyə görə hədəfinə çatmayacaq 

 Slovakiyanın xarici işlər naziri Yuray Blanarın Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Nazirin sözlərinə görə, Kiyevin alyansa üzv olması yeni konfliktin yaranması ilə nəticələnəcək və gərginliyi artıracaq.

Mövzu ilə bağlı danışan politoloq Əhəd Məmmədli deyib ki, Ukraynanın NATO-ya üzvlüyünü istəməyən ölkələr çoxdur və bu, heç kəsə sirr deyil:

“Macarıstan və Slovakiya da onlar arasındadır. Hər iki ölkədə sağ qüvvələr hakimiyyətdədir və Moskva ilə münasibətləri var. NATO ölkələri Ukraynaya görə Rusiya ilə müharibə etmək istəmir. Bu baxımdan Slovakiyanın xarici işlər naziri Yuray Blanarın “Ukraynanın NATO-ya mümkün üzvlüyü yeni konfliktə səbəb ola bilər” fikri təəccüblü deyil”.

Politoloq bildirib ki, Ukraynanın mövcud vəziyyətdə alyansa üzvlüyü mümkün deyil:

“NATO nizamnaməsinə görə, mübahisəli ərazi problemi olan, müharibə vəziyyəti yaşayan, torpaqları işğal edilən və ərazisində separatçı fəaliyyət olan ölkələrin alyansa üzvlüyü mümkün deyil. Qərbin Ukraynaya bu istiqamətdə verdiyi vədlər sadəcə şirnikləndirici məqsəd daşıyır”./ Globalinfo.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
referans.az

1Mənbələr