Yaşı və səhhəti ilə bağlı tənqidlərdən sonra ABŞ prezidentliyinə namizədliyini geri götürən Co Bayden məşhur aktrisa Cessika Albadan iş istəyib.
Yenicag.az xəbər verir ki, Bayden bu sözləri Ağ Evdə keçirilən tədbir zamanı deyib. ABŞ prezidenti tezliklə işsiz qalacağını xatırladıb.
Xatırladaq ki, Bayden “namizədliyini geri götürmək” çağırışlarının artmasına görə noyabrın 5-də keçiriləcək prezident seçkilərindən geri çəkilib. Bayden 2025-ci ilin yanvarına, səlahiyyət müddəti başa çatana qədər prezident və baş komandan kimi vəzifəsini davam etdirəcəyini açıqlayıb.
Demokrat Partiyasının namizədliyini müavini Kamala Harrisə təhvil verən Bayden dünən “Milli İspan İrsi Ayı” tədbirində təqaüdə çıxacağı ilə bağlı etdiyi zarafatla hamını güldürüb. Meksika əsilli aktrisa Cessika Albanı da qonaq edən ABŞ prezidenti ona yaxınlaşaraq, aktrisadan iş istəyib. “Cessika, həqiqətən yaxşıyamsa, bəlkə mənə iş tapa bilərsən”, – deyə o bildirib.
Bu sözlər zaldakı iştirakçıların gülüşünə səbəb olub.
İsmayıl Bakuvi