AZ

“Comedy Club” şousu bağlanır

“TNT” kanalında “Comedy Club” proqramı (16+) fəaliyyətini dayandırır. Bağlanışı komediya şousunun daimi sakini və yaradıcı prodüseri Qarik Xarlamov elan edib.

Əziz dostlar, bu gün sizə çox vacib xəbəri deyirik. "Biz “Comedy Club” –ın bağlandığını təsdiq edirik" -dedi Xarlamov. “GPM RTV” MMC-nin mətbuat xidmətindən Şəhər Portallarına verilən məlumata görə, vida buraxılışı sentyabrın 20-də saat 21:00-da baş tutacaq.

Final seriyasının qonaqları "Qadınların Stand-Up" şousunun iştirakçıları, teleaparıcı Dmitri Dibrov, aktrisa Natalya Boçkareva, "Bir zamanlar Rusiyada" şousunun ulduzları, keçmiş klub rezidenti və “Okko” prodüseri Qavriil Qordeyev, eləcə də “Comedy Club” –ın baş prodüseri Artur Janibekyan. Teleaparıcı Yuliya Menşova klub rezidentləri ilə vida müsahibəsi aparacaq.

Bundan əvvəl “TNT” telekanalının direktoru (Qazprom-Media holdinqinin bir hissəsi) Tina Kandelaki layihənin yenidən başlayacağına eyham vurmuşdu. Sentyabrın 3-də Telegram kanalında yayımladığı videomüraciətdə o bildirib ki, iyulun sonunda “Comedy Club” –ın yaradıcı prodüseri təyin edilmiş Qarik Xarlamov “çoxlu sayda yeni ideyalar təklif edib, bu, səhnəyə, musiqiyə, məzmuna, köhnə və yeni rezidentlərə və yumorun özünə aiddir”.

“Comedy Club” şousunun ilk bölümü 23 aprel 2005-ci ildə baş tutdu. 800-dən çox orijinal epizod buraxıldı. Proqram iki “TEFI” mükafatı aldı. Rezidentlərin çoxu “KVN”-in yetirmələridi.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
oxumeni.az

1Mənbələr