AZ

Kərim Vəliyev italiyalı həmkarı ilə görüşüb

BAYRAQDAR MEDİA – İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılmış Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini yad edib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.Xəbərdə deyilir ki, “sonra K.Vəliyev İtaliya Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Dragone ilə görüşüb. Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovulun önündən keçiddən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub”.Sonra xəbərdə, “təkbətək və geniş tərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib. K.Vəliyev admiral C.K.Dragoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb” deyə bildirilir.

Seçilən
87
39
bayraqdar.info

10Mənbələr