AZ

Norveçdə elektromobillərin sayı benzinlə çalışan ənənəvi avtomobillərin sayını ötüb

     Norveçdə elektromobillərin sayı benzinlə çalışan ənənəvi avtomobillərin sayını ötüb. Norveç Yol Federasiyasının (NRF) məlumatlarına əsasən qeydiyyatdan keçmiş 2.8 milyon özəl avtomobildən 754 303-ü elektromobildir. Benzinlə çalışan avtomobillərin sayı isə 753 905 təşkil edir. Məlumatda qeyd edilib ki, Norveç artıq 2025-ci ildə benzinlə çalışan avtomobillərin satışlarından tamamilə imtina etməyi planlaşdırır.       5.5 milyon əhalisi olan bu ölkə regionda benzin və dizel mühərrikli avtomobillərin satışlarını dayandıracaq ilk ölkə olmaq məqsədini qarşısına qoyub. Bu planın reallaşdırılmasında əminlik isə elektromobil alıcıları üçün geniş vergi güzəştləri və digər stimullar vasitəsilə əldə edilib. Dövlət tərəfindən təqdim edilən geniş vergi güzəştləri ölkənin neft və qaz sahələrindən əldə etdiyi gəlirlər hesabına təmin edilir. Təmiz texnologiyaya keçid prosesi öz növbəsində 1.7 trilyon dollar büdcəyə sahib suveren fond tərəfindən dəstəklənir. Bu fond həmçinin “qara günlər üçün pensiya fondu” da adlandırılır. Fond elektromobil alıcılarını vergi ödəmələrindən azad edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
technote.az

1Mənbələr