AZ

ABŞ 2027-ci ilə qədər Çinlə müharibəyə hazır olduğunu açıqladı

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) 2027-ci ilə qədər Çinlə müharibə ehtimalına hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ HDQ-nin rəisi, admiral Liza Franketti tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi saytında dərc olunmuş Naviqasiya Planındad qeyd olunub.

“Bu Naviqasiya Planı iki strateji məqsəd güdür: 2027-ci ilə qədər Çin Xalq Respublikası ilə müharibəyə hazır olmaq və ABŞ Hərbi Dəniz Qüvvələrinin uzunmüddətli perspektivdə üstünlüyünü təmin etmək,” – deyə sənəddə bildirilir.

Qeyd edək ki, ABŞ HDQ gəmilərin, sualtı qayıqların və təyyarələrin təmirindəki gecikmələri aradan qaldırmağı, donanmanı sürətlə dronlar və pilotsuz gəmilərlə təchiz etməyi planlaşdırır. Həmçinin, hərbçilər şəxsi heyətin işə qəbuluna və onun işlə təmin edilməsinə önəm verəcəklər.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Vaşinqton yeni soyuq müharibə başlatmağa çalışmır və Çinlə qarşıdurmaya girmək niyyətində deyil. Onun sözlərinə görə, Amerika hökuməti həmçinin, ittifaqlar sistemini gücləndirərək Çinə qarşı çıxmağa çalışmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
iqtisadiyyat.az

1Mənbələr