AZ

“Şəhidlər unudulmur” – Füzuli rayonunun Əhmədalılar kəndində anım tədbiri keçirildi - Vətən Naminə

">

Tədbirin təşəbbüskarı Füzuli Rayon İcra Hakimiyyətinin Əhmədalılar kənd üzrə nümayəndəsi Nail müəllim olmuşdur.

Bu anım mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “19 Sentyabr tarixinin Azərbaycan Respublikasının Müstəqillik Günü kimi qeyd olunması” haqqında imzaladığı sərəncama uyğun olaraq təşkil olunmuşdur. Xüsusi qeyd olunmalıdır ki, 19 Sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun Qarabağda apardığı Antiterror əməliyyatı uğurla yekunlaşmış və torpaqlarımız tam olaraq düşməndən təmizlənmişdir.

Əhmədalılar, Qazaxlar və Mirzənağlılar kəndlərini birləşdirən “Arğalı” məzarlığında şəhidlərin ziyarəti ilə başlayan tədbirdə kənd camaatı, məktəblilər, ziyalılar və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AZQMƏVŞAİB) üzvləri iştirak etdilər. İştirakçılar Azərbaycan dövlətçiliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.

Tədbir boyu şəhidlərin ruhuna dualar oxundu və onların müqəddəs xatirəsi bir daha xalqımızın qəlbində yaşadıldığı vurğulandı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
138
20
vetennamine.az

10Mənbələr