AZ

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

Bakıda Bakı Tərcümə Forumu (Baku Translation Forum) keçiriləcək.

"Report" xəbər verir ki, forum 22 sentyabr tarixində “Badamdar” hotelində baş tutacaq və qlobal miqyasda 70 milyard dollar dəyərində qiymətləndirilən tərcümə sənayesinin əsas iştirakçılarını bir araya gətirəcək.

Məlumata görə, bu sənaye videooyun sektoru ilə eyni həcmə malikdir, lakin kəsb etdiyi əhəmiyyətə baxmayaraq, çox vaxt diqqətdən kənarda qalır.

Forumun əsas məruzəçisi – “Nimdzi Insights” şirkətinin sədri Renato Beninatto süni intellektin tərcümə sahəsinə təsirindən danışacaq. “Süni intellekt tərcüməçiləri əvəz etmir; o bizim işimizi kökündən dəyişdirir”, – Beninatto vurğulayıb.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) sədri və “Vero” tərcümə şirkətinin direktoru Əli Əhmədov qlobal biznesdə tərcümənin rolunu belə ifadə edir: “Mühəndislikdən tutmuş konsaltinq sahəsinə qədər hər bir biznes beynəlxalq səviyyədə uğur qazanmaq üçün keyfiyyətli tərcüməyə ehtiyac duyur”.

“AGTA 2.0” layihəsi çərçivəsində keçirilən bu forum dil xidmətlərindən istifadə edənləri, tərcümə şirkətlərinin sahibkarlarını, layihə rəhbərlərini, peşəkar tərcüməçiləri və akademikləri bir araya gətirməyi hədəfləyir. Layihə müvafiq sahədə əməkdaşlıq və yenilikləri təşviq edərək tərcümə sektorunun inkişafını təmin etməyə çalışır.

Seçilən
38
4
far.az

5Mənbələr