AZ

Redmi Note 14 smartfonlarının xarici görünüşləri rəsmi şəkildə sərgilənib

     Xiaomi-nin Redmi brendi çox güman ki, gələn həftə Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Gözləntilərə əsasən bu seriyaya minimum 3 model daxil olacaq. Redmi Note 14, Note 14 Pro və Note 14 Pro+. İndi isə Redmi brendi Redmi Note 14 seriyasının ilk rəsmi fotosunu təqdim edib. Təqdim edilmiş fotoda iki model əks olunub. Yaşıl gövdə rənginə sahib model Redmi Note 14 Pro+, ağ gövdə rənginə sahib model isə çox güman ki, Redmi Note 14 Pro-dur. Fotoya əsasən hər iki smartfon üçlü arxa kameraya sahib olacaq və kameralar dairəvi formalı sahəsinin daxilində yerləşəcəklər. Həm Redmi Note 14 Pro modelinin həm də Redmi Note 14 Pro+ modelinin 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacağı güman edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
technote.az

1Mənbələr