AZ

Hava soyuyan kimi xəstəliklər artır...

Bir neçə gündür isti havaların yerini sərin havalar alıb. Havaların dəyişməsi ilə birlikdə xəstəliklər də artıb.

Belə ki, bir çox insan qrip, baş ağrısı, burun axması ağrılarından şikayətlənir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, hər il bu dönəmlərdə, xüsusilə sentyabr-oktyabr aylarında belə xəstəliklər çoxalır.

Həkim qeyd edib ki, yuxarı tənəffüs yollarında zədələnmə olduğuna görə əlamətləri yüksək hərarət, boğazda qıcıqlanma, öskürəkdir: 

“Bu xəstəliklərdən qorunmağın ən gözəl yolu vaksindir. Xəstəliklərin öz vaksini var, bu aylarda istifadə etmək lazımdır. Peyvənd vrulan insanların xəstəliyə yoluxma ehtimalı minimuma düşür”.

Sevinc

Seçilən
21
hit.az

1Mənbələr