AZ

Azərbaycanda broyler şirkətinin səhmləri satışa çıxarıldı - FOTO

2024-cü il oktyabr ayının 8-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətlər arasında “Salyan Broyler” ASC-nin də adı var. 

İqtisadiyyat.az-a daxil olan məlumata görə, müəssisənin tikilialtı sahəsinə 2 ədəd inzibati bina, 6 ədəd quş ferması, inqubator binası, nasosxana, qazanxana, yem anbarı və s tikililəri daxildir. 

Satışa çıxarılan səhmlərin nominal dəyəri 336450.00 AZN-dir. 

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Seçilən
21
iqtisadiyyat.az

1Mənbələr