AZ

Android-də bildirişləri bütün cihazlar arasında sinxronlaşdırmaq mümkün olacaq

     İnsayderlər Android 15-in ikinci beta versiyasının kodunda bildirişlərin istifadəçi cihazlarında sinxronlaşdırılması funksiyasını aşkar ediblər. Sözügedən yeni funksiya əməliyyat sisteminin ikinci beta versiyasının kodunda belə qeyd edilib: Sync across devices. Gözləntilərə əsasən bu yeni funksiya əməliyyat sisteminin ayarlarındakı bildirişlər bölməsində mövcud olacaq.     Güman olunur ki, istifadəçinin hər hansısa cihazına daxil olacaq bu və ya digər bildiriş bu yeni funksiya sayəsində onun digər cihazlarında da əks olunacaq. Təbii ki, bu o halda baş verəcək ki, istifadəçinin bütün cihazları vahid Google hesabına qoşulu olsunlar. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya Apple ekosistemində mövcuddur. Bu yeni funksiyanın bütün Android cihazlarda yoxsa yalnız Google Pixel smartfonlarında istifadəyə veriləcəyi bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
technote.az

1Mənbələr