AZ

Tıxacda radio cəzası

Hər gün paytaxt küçələrində tlxac yaşayırıq. Ömrümüz yollarda itib, batır. İşə gedərkən, işdən gələrkən istəyirsən xəbər-ətər dinləyib, bir az dünyadan hali olasan. 

Radio açılan kimi bir iki zəhlətökən aparıcı başlayır, zəhər səpməyə. Sanki efirdə yox, içki məclisində, çayxanda danışır. Ədəb ərkan gözləmədən, nə gəldi çərənləyir. Bunun başqa da  yolu yoxdur.

Məsələn, səhər-səhər radioda "möhtəşəm" təqdimatlar gedir. 

Aparıcı gülə-gülə deyir ki,  sizə şad xəbərim var. Binə qəsəbəsində qaz olmayacaq. Bəlkə heç ördək də olmadı. Bayaqdan xəbərin şadlanmalı hissəsini axtarıram. Ördək? Ay qardaş, nə içib çıxmısan efirə?

Filan qəsəbədə "Mehriban qonşular" adlı küçə var, amma sakinlər yəqin mehriban deyillər. İnsanların psixologiyası pozulub .Stress əsəb başımızı  dincəlməyə qoymur, bir də belə sarsaq replikalarla niyə ömrümüzə günümüzə  od ələyirsiniz? Bir söyüş söymədikləri qalır. Şou proqramlarını dinləyirsən, bilmirsən zarafat edir , ya tamaşaçını avam hesab edib lağa qoyur?

Yox bu rəsmən dinləyiciyə verilən cəzadır. Görəsən  günahımız nədir? 

Murad

Seçilən
36
hit.az

1Mənbələr