AZ

WhatsApp, Telegram-ın daha bir maraqlı funksiyasını əldə edəcək

     WhatsApp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlumata əsasən messencer üçün istifadəyə veriləcək növbəti yenilənmə WhatsApp-a Telegram istifadəçilərinə yaxşı tanış olan imkanları gətirəcək. Belə ki, növbəti yenilənmə çərçivəsində WhatsApp-da çatların xarici görünüşlərinin dəyişilməsi imkanı istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, bu yeni imkan messencerin beta versiyasında artıq aktivdir. İstifadəçilər çatların fonlarını müxtəlif divar kağızları ilə bəzəyə və mətnlərin əks olunduqları sahələrin rənglərini dəyişə biləcəklər. Seçiləcək görüntü teması bütün çatlarda əks olunacaq. Lakin istifadəçi öz istəyinə uyğun olaraq hər bir çat üçün görünüşü ayarlaya biləcək. Çatların xarici görünüşlərinin dəyişilməsi imkanının stabil WhatsApp-da nə zaman istifadəyə veriləcəyi bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr