AZ

"Real Madrid"in əfsanəvi futbolçusu Quti komandanın indiki heyəti və Arda Güler haqqında danışıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid" klubunun əfsanəvi futbolçusu Quti keçmiş komandasının hazırkı heyəti və gənc ulduzu Arda Güler haqqında açıqlama verib.
Oxu.Az xəbər verir ki, Quti komandanın hazırkı heyətindəki oyunçuları yeni dönəmə damğa vuracaq futbolçular adlandırıb.
"Bu heyət "Qalaktikos"dan daha yaxşıdır. Çox yaxşı futbolçular var, az qala hamısı gəncdirlər. "Real Madrid"də bir dönəmə damğa vuracaqlar. Ançelotti Ardaya daha çox oynamaq şansı verir. Çox maraqlı futbolçudur. Əla final ötürmələri olan, qol vuran bir yarımmüdafiəçidir. Güler qarşıdakı bir neçə mövsümdə daha çox ön plana çıxacaq", - deyə Quti bildirib.
Qeyd edək ki, Quti 1995-ci ildən 2010-cu ilədək "Real Madrid" klubunun şərəfini qoruyub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
50
oxu.az

10Mənbələr