Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şair Xəzangül Hüseynovanın yeni kitabı işıq üzü görüb.
“Qəzəllər” adlı kitabda əsasən müəllifin müxtəlif illərdə yazdığı qəzəllər yer alıb.
Ötən əsrin 70-ci illərindən şeirləri çap olunan şairə Xəzangül 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən isə Türkiyə-Avrasiya Yazarlar Birliyinin üzvüdür. Kitabları türk, rus, gürcü və rus dillərində də çap olunub.
“Məhəbbətin qənimi” adlı mənzum pyesi Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub, Türkiyə teatrında nümayiş etdirilib. Gəncə Dövlət Dram Teatrında, həmçinin “Xərabat gözəli”, “Dəmir yumruq” adlı pyesləri də tamaşaya qoyulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta