AZ

İran Borçalıya da burnunu soxdu: Peyğəmbərin “mövludu”?

Bir xəbər oxudum. Doğulduğum Qaraçöpdə Məhəmməd peyğəmbərin və şiələrin 6-cı imamı Cəfər Sadiqin mövlud günü qeyd olunub.



Səhv etmirəmsə, “mövlud günü” — doğum günüdür, Məhəmməd peyğəmbər isə 20 aprel 571-ci ildə Məkkədə doğulub, 8 iyun 632-ci ildə Mədinədə vəfat edib.



İmam Cəfər Sadiq də 20 aprel 702-ci ildə doğulub, 16 dekabr 765-ci ildə zəhərlənərək öldürülüb. Mədinədə doğulub, elə həmin şəhərdə Baqi qəbiristanlığında öz atasının yanında dəfn olunub.



Bəs sentyabr ayında Peyğəmbərin və Cəfər Sadiqin mövlud günü necə ola bilər?



Dini siyasətə alət etmək, seçkidə inanclı insanların səsinə görə bu cür tədbirlər etmək etik deyil.



Ayrıca, Qaraçöp türk törələrini yaşadan, türk ruhunu daşıyan ən qədim-qayım ellərimizdən biridir. Bu böyük və adı-sanı olan eldə hələ bir dəfə də olsun şiə-sünni məsələsi olmayıb, olmayacaq da! Səbəbi isə odur ki, bu el dinin gətirdiyi qaydalarla yox, qədim türk törələrilə yaşayıb, yaşayır.



Ona görə də qaraçöplülərə, dəyərli el-obama səslənirəm: İranın bu elə ayaq açmasına, burada din adı altında öz çirkin siyasətini yeritməsinə əsla icazə verməyin! Biz hər zaman atalarımızdan bunu görmüşük: “Din içində din bəsləmişik”.



Kimsə bizə nə dinimizi öyrədə bilər, nə də milli kimliyimizi. Sən qayım-qədim bir el-obasan. Sən Qaraçöpsən!



Bir bax gör, İranda heç sənin əzəmətində, sənin sahib olduğun dəyərlərdə bir el-oba varmı, qalıbmı? Baxmayaraq ki, orada sənin genindən, qanından olan 40 milyonluq bir türk varlığı var. Amma orada bütün dəyərləri onların əllərindən alıblar, ona görə yoxdur. İndi də sənin dəyərlərinə toxunmağa gəlir, onu səndən almaq istəyir. Buna əsla icazə vermə! İslamı da öyrən, kitabını da oxu, imamların fikirlərini də bil. Amma səni öz halal çörəyinlə vurmağa, öz azadlığını yad fikirlərin buxovuna çevirməyə imkan vermə!



İlqar İlkin

Seçilən
30
2
ictimaimedia.az

3Mənbələr