AZ

Azərbaycanın pambıq yağı xaricə yeni formada satılacaq

Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodu ilk dəfə olaraq məhsulunu xarici bazarlara bioyanacaq istehsalında istifadə edilən xam maddə kimi çıxarmaq niyyətindədir.

FED.az xəbər verir ki, bu barədə “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib.

Onun sözlərinə görə, pambıq yağlarını bioyanacaq istehsalında istifadə məqsədilə Gürcüstana ixrac ediblər. Gürcüstan Azərbaycandan aldığı yağı bioyanacaq üçün xam maddə olaraq yenidən emal edib beynəlxalq bazara çıxarmaq istəyir: “Pambıq yağı qida yağı kimi çox istifadə edilmir. Buna görə də biz artıq pambıq yağını bioyanacaq üçün xam maddə halına salaraq onu xarici bazarlara birbaşa özümüz ixrac etmək istəyirik”. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

Seçilən
42
3
fed.az

4Mənbələr