AZ

Ağdamın Xıdırlı kəndində görülən infrastruktur işləri məlum olub

Bakı. Trend:

Ağdam rayonunun bərpa edilən Xıdırlı kəndində 3520 metr elektrikxətti, 1400 metr su xətti, 700 metr qaz təchizatı və 3900 metrkanalizasiya şəbəkəsi inşa olunmuşdur.

Bunu Trend-ə açıqlamasındaQarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətininİctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi deyib.

O bildirb ki, kənddaxili yolların 42 km-dən 11 km-də yolyatağının qazıntı işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsətaldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndintəməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindənqoyulub.

Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədəyerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılmasıplanlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Buradaməskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq,məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaqsahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsiüçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Qeyd olundu ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırmaişləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi evin torpaq,bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici bəzək işləribaşa çatdırılıb.

Kənddə 719 fərdi evin torpaq və bünövrə işləri, 643 fərdi evinisə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işlərigörülür. Həmçinin kənddə mərkəzi kommunikasiya sisteminin və yolinfrastrukturunun da inşası davam etdirilir.

Eyni zamanda, 10 qeyri-yaşayış binası üzrə torpaq və bünövrəişləri tamamlanıb. Həmçinin bu binalarda dəmir-beton və hörgüişləri aparılmaqdadır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
17
az.trend.az

10Mənbələr