"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
İqtisadiyyat.az xəbər verir ki, mövsümün ilk derbisi VII turda baş tutub.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.
"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
***20:56
Misli Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.
İqtisadiyyat.az xəbər verir ki, Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb - 3:0.
"Neftçi"nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo fərqlənib. 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.
***20:00
Misli Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyunu başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, matç saat 20:00-da start götürüb.
Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.