AZ

Bu ölkə Livandakı vətəndaşlarının təxliyəsinə başladı

Britaniya hökuməti öz vətəndaşlarını Livandan təxliyə etməyə hazırlaşır.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu mövzu hökumətin fövqəladə iclasında müzakirə edilib.

Nəşrin məlumatına görə, XİN hazırda britaniyalıları təxliyə etmək üçün təyyarə icarəyə götürməyi, lazım gələrsə, Kral Hərbi Dəniz Qüvvələrinin iki gəmisini də cəlb etməyi planlaşdırır. Təxliyə üçün hərbi-nəqliyyat təyyarələrinin istifadəsi hələlik planlaşdırılmır, lakin Müdafiə Nazirliyi lazımi bölmələri döyüş hazırlığı vəziyyətinə gətirib.

Diplomatik xidmət Livandakı Britaniya vətəndaşlarına hələ də fəaliyyət göstərən kommersiya reyslərindən istifadə edərək, gecikmədən ölkəni tərk etməyi tövsiyə edib.

Seçilən
138
50
unikal.az

10Mənbələr