AZ

Fransa: Xalq Makron-Barnye hökumətinə etiraz edir

Fransada ölkə səviyyəsində müxtəlif assosiasiyalar və solçu partiyaların çağırışı ilə 50 şəhər və qəsəbədə “Makron-Barnye hökumətinə” qarşı etiraz nümayişi keçirilib. Emmanuel Makronun istefasını tələb edən nümayişçilər yeni hökuməti də pisləyir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, fransız xalqı parlament seçkilərinin nəticələrinin tanınmasını tələb edir. “Emmanuel Makron Matinyonda sağçı, antisosial, antimiqrant, homofob keçmişi olan və yalnız ifrat sağçıların daimi razılığı ilə idarə edə biləcək bir Baş nazir təyin edib”, -

deyə Tələbə Həmkarlar İttifaqı, Lisey Şagirdləri Birliyi, Ailə Planlaması və “Attac France” assosiasiyasının birgə bəyanatında bildirilir. “Əyilməz Fransa (La France Insoumise –LFİ), Yaşıllar, Kommunist və Sosialist Partiyaları da keçirilən nümayişlərə qoşulublar.

Parisdə yerli vaxtla saat 14:00-da Bastiliya meydanına toplaşmış nümayişçilər klassik marşrutla Nasion meydanına doğru irəliləyiblər. Onlar “Makronun impiçmentini, eləcə də Baş nazir M.Barnyenin və hələ elan olunmamış hökumətin istefasını tələb ediblər. Onlar Makronu seçkilərdəki məğlubiyyətini tanımağa çağırıblar. “Vergi və sosial ədalət!”, “Heç nəyi unutmuruq!”, “Yaşasın inqilab!” kimi şüarlar səsləndirilib. Nümayişçilər xalqın seçiminə hörmətlə yanaşmanı tələb ediblər.

Paris polis qərargahının günorta saatlarında verdiyi təxmini rəqəmlərə görə, paytaxtda nümayişçilərin sayı mitinq ərəfəsində elan ediləndən xeyli azdır.

Xatırladaq ki, sentyabrın 7-də keçirilmiş nümayişdə polisə görə 26 min, “Əyilməz Fransa” partiyasına görə 160 min nümayişçi səfərbər olmuşdu. Əyalətlərdə bu gün on minlərlə insanın səfərbər olduğu bildirilir.

Bəzi ekspertlər Barnye hökumətinin uzun müddət davam edə bilməyəcəyini deyirlər. Həmçinin ifrat sağçı Milli Birlik Partiyası da yeni hökumətə etimadsızlıq təklifinə səs verəcəyini istisna etməyib. Hələ rəsmi elan olunmamış hökumətin ömrünün çox qısa olacağı və elə ilk anda onun etimadsızlığının Milli Assambleyada səsə qoyulacağından danışılır.

Qeyd edək ki, Fransanın yeni hökumətinin tərkibi hələ də rəsmi elan olunmayıb. E.Makron Baş nazir M.Barnyenın seçimində tam müstəqil olduğunu bildirsə də, onun təqdim etdiyi siyahını qəbul etmədiyi bildirilir. Xalq solçu partiyaların qalib gəldiyini bildirərək, bu partiyaların sosial proqramını dəstəkləyir.

Seçilən
63
46
sia.az

10Mənbələr