Sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir.
Bu barədə “Report”a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Rüstəmova Şəlalə bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Heydərova Ramilə gümüş medal qazanıb.
Qeyd edək ki, şəxsi kumite yarışlarına dünən start verilib.