Bakı. Trend:
Sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karateüzrə beynəlxalq turnir keçirilir.
Bu barədə Trend-ə Azərbaycan Karate Federasiyasının mətbuatxidmətindən bildirilib.
Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında(14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızılmedal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova isə gümüşmedal qazanıb.
Qeyd edək ki, şəxsi kumite yarışlarına dünən start verilib.