AZ

“Qalatasaray” Mourinyonu belə ələ saldı

Futbol üzrə Türkiyə çempionatının 6-cı turunun mərkəzi oyununda “Fənərbağça” üzərində qələbədən (3:1) sonra “Qalatasaray” sosial şəbəkədə Joze Mourinyonu ələ salıb.

Publika.az xəbər verir ki, “Qalatasaray” “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun təsviri olan “Ağlayan” kitabının üz qabığını paylaşıb.

Kitabın üz qabığında yazılıb: “Kitabı oxuduqca, oyun üçün nəzərdə tutulan ağıl oyunlarına heyran qalacaqsınız. O, ağlamaqda ustadır. Müəllifin kartlar vasitəsilə yaşadığı psixozlar sizi güldürür və düşündürür. Müəllif ona verilən imtiyazları bədii aləmdə məharətlə əks etdirir. O, reallıq haqqında fikirləri ilə uğurla fantaziya dünyası yaradır”.

Seçilən
41
1
publika.az

10Mənbələr