AZ

Qısa zamanda artıq çəkidən xilas olun

Bu pəhriz sizi 1 həftə ərzində 5 kiloqram arıqladacaq. Pəhriz müddətində yalnız su içmək lazımdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəzən 1 çay qaşığı zeytun yağı da içə bilərsiniz. Bu pəhriz İsrail xanımlarının arıqlamaq üçün ən çox istifadə etdikləri üsuldur.

Gündəlik menyu aşağıdakı kimi olmalıdır:

Səhərlər: müxtəlif tərəvəzlərdən salat, yağsız pendir, yaşıl noxud, suda bişmiş qarğıdalı, suda bişmiş 1 ədəd yumurta və yaşıl çay. (Bunların hamısını birdəfəlik yemək olmaz. Hər səhər birini seçin).

İkinci səhər yeməyi: 200-300 qr. şirin olmayan meyvə.

Nahar: suda bişmiş və ya təzə tərəvəzlərdən hazırlanan salat, tərəvəz şorbası, suda bişmiş ət (balıq, toyuq, dana əti), qara çörək. Desert əvəzi bişmiş alma yemək olar.

Axşamtərəfi: 300 qr. turş meyvə.

Şam yeməyi: 1 stəkan yoqurt və ya kefir. Əncir, qara gavalı qurusu və az miqdarda qoz.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
115
35
milli.az

10Mənbələr