AZ

ABŞ 300-ə yaxın incəsənət əsərini Hindistana qaytaracaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Hindistan ərazisindən oğurlanmış və ya qeyri-qanuni yolla çıxarılmış 300-ə yaxın sənət əsərini Hindistana qaytaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.
"Hindistanın baş naziri Narendra Modinin ABŞ-yə səfəri ilə əlaqədar ABŞ tərəfi Hindistandan oğurlanmış və ya çıxarılmış 297 qədim əşyanın geri qaytarılmasına şərait yaradıb. Onlar tezliklə Hindistana qaytarılacaq", - məlumatda deyilir.
Bildirilib ki, incəsənət obyektlərinin qaytarılması 2023-cü ilin iyununda ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Modi arasında keçirilən görüşdən sonra birgə bəyanatda əks olunan öhdəliklərə uyğun olaraq baş tutacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
oxu.az

10Mənbələr