AZ

Vələmirdən hazırlanan kisel - Sağlamlıqıq üçün için

Vələmir dənli bitki kimi uzun illərdən bəri insanın taleyində xüsusi rol oynayıb. Xalq təbabətində insanların sevimli bitkisinə çevriib. Vələmir bitkisindən dərman preparatları ilə yanaşı, müxtəlif vasitələr də hazırlanır. Bu da zaman-zaman ehtiyyac duyulan anlarda istifadə olunur.  Saglamolun.az vələmir haqqında yazını təqdim edir:
Vələmir unu, bir hisə qaynadılmış soyuq su (1:1) götürüb üzərinə azca maya və yaxud çovdar çörəyi əlavə edib 12- 24 saat müddətində qıcqırdırlar. Bu müddət ərzində kiselin hazır olub-olmamasını yoxlamaq üçün dadma baxırlar. Elə ki, dadı xoşa gəldi deməli kisel hazırdır. Bu zaman kisel olan qazanı isti qalsın deyə qalın dəsmal ilə örtürlər. Sonra yenidən ehtiyatla qazanın üst hissəsində olan mayeni süzüb götürüb və yerdə qalan kütləni odun üzərinə qoyub kisel hazır olanadək qaynadırlar. Elə ki kisel hazır oldu, ondan qablara tökür, üzərinə bitki yağı əlavə edib yeyirlər. Soyudulmuş kisel isə o qədər bərk olur ki, hətta onu bıçaqla kəsib götürür, qaba qoyub üzərinə süd, yaxudbişirilmiş və ya qızardımış soğan əlavə edib rahat qəbul edirlər. Bu cür xörəyi ruslar «rahat hulqum» adlandırırlar. Hətta rus xalq nağıllarında «süd arxı kisel sahəsi» kimi deyim vardır. Kisel kəskin doydurucu xüsusiyyətə və turşməzə dada malikdir. Vələmirdən hazırlanan kisel qiymətli pəhriz xörəyi sayıldığından ondan mədə şirəsi turşuluğunun aşağı salınmasında həzm sisteminin yaxşılaşdırılmasında qəbizliyin aradan qaldırılmasında və bağırsaq şişmələrində istifadə edilir. Kisel qəbul edən xəstələr qeyd edirlər ki, onlann əhvali-ruhiyyəsi yaxşılaşır orqanizm qüvvətlənir və həzm sistemləri normal işləyir. Vələmir yarmasının tərkibində zəngin biotin maddəsi, xolesterin amin turşuları və zülal maddələri fəal rol oynadığına görə bu məhsul vitaminlər qrupuna daxil edilir. Çoxlu miqdar biotin maddəsi qara ciyərdə zülal birləşmələri şəklində toplandığı halda bitkidə sərbəst halda toplanır. İnsan orqanizminin biotin maddəsinə olan gündəlik tələbatı 200 mikroqram olduğu halda hamilə qadınlarda 300 mikroqrama çatır. Biotin bağırsaqlarda patogen təsirə malik olmayan qida bakteriyaları tərəfindən sintez olunur. Biotin maddəsi orqanizmdə antibiotik preparatlar qəbul edən zaman kəskin surətdə azalmağa başlayır. Çünki antibiotiklər bağırsaqlarda biotin sintez edən mikrobları kəskin surətdə məhv edir. Buna görə də xəstə antibiotik preparatları qəbul edən zaman çalışmaq lazımdır ki, o, tərkibi zülal, şəkər və sulu karbohidratlarla zəngin olan xörəklər yesin. Orqanizmdə biotin maddəsinin azalması nəticəsində xəstə zəifləyir, əzginləşir, yuxusu azalır, iştahı pozulur, əzələ ağrıları müşahidə olunur, dad hüceyrələri fəaliyyətini itirir, dil məməcikləri atrofiyaya uğrayır. Orqanizmdə biotinin çatışmaması nəticəsində dəri quruyur, onda qat və qabıqlar əmələ gəlir. Tez soyuq dəyir və tüklər tökülməyə başlayır. Bu xüsusiyyətlərin aradan qaldırılmasına kömək etdiyinə görə Polşada vələmirdən hazırlanan sıyığı «gözəllik eliksiri» adlandırırlar. Vələmirdən hazırlanan qida məhsulları və müalicəvi preparatlar. Vələmir yarmasından fəsəli: 100 qram vələmir yarması, 2 xörək qaşığı buğda unu, 3 xörək qaşığı süzgəcdən keçirilmiş pendir, 2 ədəd yumurta, yarım litr süd, bıçağın ucunda çay sodası, 4 xörək qaşığı bitki yağı və duz götürün

Saglamolun.Az





phrase_var_article.chosen
94
saglamolun.az

1phrase_var_article.sources