AZ

6 dəqiqəlik səhnəyə 6 ilini sərf etdi

Amerikalı bəstəkar Leonard Bernşteynin həyatından və onun Felicia Montealegre ilə evliliyindən bəhs edən “Maestro” filmi barədə maraqlı faktlar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Belə ki, filmin baş rol ifaçısı və rejissoru Bredli Kuperin 6 ildir ki, filmdəki bir səhnə üçün məşq etdiyi məlum olub.

Kuper bildirib ki, sözügedən səhnədə Bernsteynin 1976-cı ildə Ely Cathedral-də London Simfonik Orkestrinə rəhbərlik etməsi göstərilir:

“O səhnə üçün illərimiz getdi, çünki biz bunu canlı ifa etdik. Canlı lentə alınan səhnəni mən idarə etməli idim. Beləcə, altı il ərzində 6 dəqiqə 21 saniyə musiqi idarə etməyi öyrəndim”.

Qeyd edək ki, filmdə baş rol ifaçıları Bredli Kuper və Keri Mulliqandır.

Seçilən
950
1
qafqazinfo.az

10Mənbələr