AZ

Xalq təbabətində yeralmasından hazrlanan preparatlar - Təsiredici məlhəm

Güclü təsiredici məlhəm. Müasir tədqiqatçılar müəyyən ediblər ki, bu bitki və ondan hazırlanan məhsullar çox güclü dərman və profilaktika vasitəsidir. Müəyyən edilmişdir ki, yeralması hətta xərçəngə qarşı da təsir göstərir. Saglamolun.az Xalq təbabətində yeralmasmdan hazrlanan preparatlar barədə məlumatı təqdim edir:
Şəkər xəstəliyindən əziyyət çəkən insanlar yeralmasmdan istifadə etməklə qanda şəkərin miqdarını azaldırlar. Diabet və qara ciyər xəstəlikləri zamanı yeralmasınm təzə yarpaqlarından salat şəklində istifadə edirlər. Yeralmasmın şirəsi müxtəlif xəstəliklər zamanı yaxşı təsir göstərir. Təmiz yuyulmuş yeralmasmı şirəçəkən maşından keçirib soyuducuda saxlaym. Ürəkbulanma, baş ağnsı, yüksək qan təzyiqi olan zaman səhərlər 2 xörək qaşığı şirəsini eyni miqdarda su ilə qarışdırıb qəbul edin. Mədə-bağırsaq xəstəlikləri, qəbizlik zamanı yeralması şirəsindən gündə 2-3 dəfə yeməkarası 1-2 xörək qaşığı için. Müalicə kursu 20 gündür. Polartirit zamanı isə şirədən gündə 3 dəfə yanm stəkan həcmində qəbul edin. Şirədən qalmış çöküntünü isə kompres şəklində ağrıyan nahiyələrə qoyun. İndi aprektlərdən yeralmasmın hazır preparatlarını da almaq mümkündür. Klinik sınaqlar zamanı müəyyən edilib ki, bu preparatlar müxtəliftoksiki maddələrdən, alkoholdan zəhərlənmələr zamanı, o cümlədən yanıqlar zamanı çox effektlidir. Preparatlardan həmçinin qan dövranı pozğunluqlarında, dayaq-hərəki aparatı xəstəliklərində, disbakterioz, ekzema, yuxusuzluq zamanı istifadə edilir. Bu preparatlar tez-tez xəstələnən uşaqlara, infarktdan və insultdan sonra bərpaolunma və digər xəstəliklər zamanı təyin edilir. Hipertoniya, anemiya, şəkərli diabet, pankredtitzamanı. Yeralmasnm qurudulmuş və yaxud çiy halda kök yümrülanndan istifadə edilir. Bunun üçün 1 litr suya 5 ədəd çiy yeralması və ya 3 xörək qaşığı qurudulmuş yarpağından töküb, 10-15 dəqiqə (qurudulmuşunu 30 dəqiqə) qaynadın. Bu dəmləmədən həm soyuq, həm də isti halda həftədə 1-2 dəfə olmaqla gün ərzində 1 litr həcmində qəbul edin. Sistit, pielonefrit, leykoz, vərəm, anemiya, şəkərli diabet, atroskleroz, taxikardiya, işemik xəstəliklər zamanı yeralmasmdan hazırlanan dəmləmədən istifadə etmək faydalıdır. Dəmləmənin hazırlanması. 2 xörək qaşığı yeralması yarpaqlarının və ya xırdalanmış kök yumrularının üzərinə 2 stəkan qaynar su töküb, axşamdan səhərə saxlaym. Dəmləmədən gündə 3^4 dəfə, yeməkdən 10-15 dəqiqə əvvəl, stəkanın 1/3 hissəsi qədər qəbul edin, Müalicə kursu 20 gündür. Şəkərli diabet, skleroz, hipertoniya, anemiyadan əziyyət çəkənlərə yeralmasmın gövdəsindən hazırlanmış dəmləmədən istifadə etmək yaxşı təsir göstərir. 2 xörək qaşığı xırdalanmış gövdəsinin üzərinə 2 stəkan qaynar su əlavə edib, soyuyana qədər gözləyin. Dəmləməni gündə 4 dəfə yarım 310 stəkan həcmində qəbul edin. Müalicə kursu 20 gündür. Yeralmasmı sürtgəcdən keçirin. Alınmış sıyığı ekzertia, dəri yaralan, çivzələr, yanıqlar və vitiliqo zamanı zədəli nahiyələrə kompres şəklində qoyun. Proseduru gündə 2 dəfə, 20 dəqiqə müddətinə yerinə yetirin. Bitkinin şirəsindən qəbul etmək olar. Yeralmasmdan kosmetik vasitələrin hazırlanması. Yeralması, həm də əla kosmetik vasitədir. Məsələn, qıcıqlanmş, iltihablı üzün dərisinə bitkini sıyıq şəklinə salıb, maska qoymaq çox faydalıdır. Əməliyyatı həftədə iki dəfə, 20 dəqiqə müddətinə yerinə yetirin. Sonra üzünüzü ilıq su ilə yuyub, krem çəkin. Müalicə kursu 10-15 seansdır. Bu cür maskanı yeralmasınn şirəsindən də edə bilərsiniz. Qırışlı və quru dərisi olanlar həftədə iki dəfə yeralmasından hazırlanan sıyıqla üzünü masaj etməlidirlər. Əgər bu proseduru müntəzəm yerinə yetirsəniz, üzünüzün dərisi zərif, təmiz, elastik olacaq. Qırışlar da tədricən itməyə başlayacaq. Yeralması bitkisinin yarpaqlarından hazırlanan dəmləmə ilə saçlan yaxalamaq çox faydalıdır. Dəmləmənin hazırlanma qaydası belədir. 1 xörək qaşığı qurudulmuş yarpaqlarım üzərinə 1 stəkan qaynar su töküb, 30 dəqiqə saxlayıb süzün. Bu dəmləmə ilə saçlarınızı yaxaladıqdan sonra onlar sağlam, gözəl və parlaq olacaqlar. Yeralmasmı Azərbaycanın istənilən iqlim-torpaq şəraitində çox asanlıqla əkib-becərməklə, ondan qida, şəkərli maddə Və müalicəvi preparatların istehsalını təşkil etmək olar. 

Saglamolun.Az





Seçilən
63
saglamolun.az

1Mənbələr