AZ

Müalicə müddəti 7gün - Qaraciyər hepatitini sağaldan bitki

Dağtərxununun çiçəklərindən hazırlanan preparatlardan qurdqovucu, əsəb sakitləşdirici, isteriya, epilepsiya, revmatizm, aybaşı pozuntularında və s. işlədilir. Dağtərxununun efir yağından hazırlanan emulsiyalarından 0,04- 0,1 qramından və yaxud damcısından askarid və digər parazit qurdlarının tökülməsində istifadə olunur. Dozadan artıq qəbul etdikdə zəhərlənmələr verir. Bitkinin tozundan və cövhərindən qaraciyər hepatitində, angioxolik və 314 bağırsaq xəstəliklərində işlədilir. Saglamolun.az Dağtərxununun faydalarını təqdim edir:
Dağtərxunundan müalicəvi preparatların hazırlanması və istifadə edilməsi: Qaraciyər hepatitində. 5 xörək qaşığı doğranmış qurudulmuş çiçəyindən götürüb 0,5 litr qaynar suya töküb qaynama dərəcəsinə çatdırın. Bir saat 315 dəmlədikdən sonra süzüb gündə 3 dəfə yeməyə yanm saat qalmış yanm stəkan qəbul edin. Müalicə müddəti 7-10 gündür. Əsab pozuntularında, xnlesistitda, soyuqdayma va varam xastaliklarinda. 1 xörək qaşığı quru çiçəyindən götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin və gecədən səhərə qədər dəmləyin. Sonra süzüb gündə 2-3 dəfə yeməyə 20-30 dəqiqə qalmış stəkanın 1/4-i qədər qəbul edin. Baş ağrılarında, hamçinin damarsancmalarında. 2 q quru çiçəyi 200 ml qaynar suya töküb 1 dəqiqə qaynadın. Yarım saat dəmlədikdən sonra süzüb, gün ərizində stəkanın 1/4-i qədər 2-3 dəfə qəbul edin. Vaxtından qabaq baş veran klimaksda. Yarım çay qaşığı quru çiçəkdən götürüb 200 ml qaynar suya töküb 1 dəqiqə qaynadın, sonra 30 dəqiqə dəmləyib, süzün və bütün günü 4-5 dəfə qəbul edin. Askarid va digar parazit qurdlarının tökülmasinda. 20 q quru çiçəyindən götürüb 200 ml qaynar süya töküb, qaynama dərəcəsinə gətirin. 2 saat dəmlədikdən sonra süzüb, 1 xörək qaşığı gündə 3 dəfə yeməyə yanm saat qalmış daxilə qəbul edin. Eyni vaxta dağtərxunu çiçəyi ilə yovşan otundan götürüb qarışdırın və qaynama dərəcəsinə gətirin. Sonra dəmləmənin üzərinə 1 sarımsaq əzib əlavə edin, 3 saat saxladıqdan sonra süzüb məhluldan 30-60 ml götürüb yatmazdan qabaq düz bağırsaqdan imalə edin. Əməliyyatı qurtardıqdan sonra 30 dəqiqə uzanmaq məsləhət görürlür. Müalicə kursunu 5-7 dəfə təkrar etmək məsləhətdir. Qovağın tamizlanmasi va tükün tökülmamasi üçün. 1 xörək qaşığı quru çiçəyindəngötürüb 200 ml qaynar suya töküb, 2 saat dəmləyin. Sonra süzüb həmin dəmləmə ilə başınızı həftədə 3 dəfə yuyun. Bu əməliyyatı 10- 12 dəfə təkrar etmək məsləhətdir. Diqqət! Dağtərxunundan hamilə qadınların və kiçik yaşlı uşaqların qəbul etməsi məsləhət görülmür. Dağtərxununun qurudulmuş yarpaq və çiçəklərindən az miqdarda konserv, qənnadı məhsullarının, likörlərin xoş ətirli olmasında istifadə olunur. Bunun cavan zoğlarından, yarpaq və çiçəklərindən çay qaşığının 1/4-i qədər götürüb ət, toyuq və balıqdan hazırlanan xörəklərin tərkibinə ədviyyat kimi istifadə edirlər. Dağtərxunu çox vaxt darçın, muskat qozu və zəncəfil əvəzi kimi yeyinti sənayesində istifadə olunur.

Saglamolun.Az





Seçilən
94
saglamolun.az

1Mənbələr