AZ

Çox qiymətli dərman bəzək bitkisi - Gülümbaharın ƏVƏZSİZ FAYDALARI

Respublikamızda gülümbahar çoxdandır ki, yalnız bəzək bitkisi kimi becərilir. Onu Azərbaycanın hər yerində xüsusən, rayon mərkəzlərində, bağlarda, bağçalarda, həyətlərdə əkirlər. Gülümbahar bitkisi çox qiymətli dərman, boyaq və bəzək bitkisidir. Gülümbahardan müalicə məqsədləri üçün ilk dəfə qədim yunanlar istifadə edərək, gecsağalan, uyuşmayan yaraların, qızdırma xəstəliklərinin, ekzema və çibanların eləcə də bəd xassəli şişlərin sağalmasında istifadə etmişlər. XIX əsrin axırları XX əsrin əvvəllərində gülümbahar bitkisi alimlərin diqqətini özünə daha çox cəlb etmişdir. Biokimyaçı alimlər onun kimyəvi tərkibini tədqiq etməyə başlamışlar. Gülümbahar dərman bitkisi kimi xalq təbabətinə XII əsrdən məlumdur. O zamanlar ondan tərlədici, dezinfeksiyaedici, büzüşdürücü, irinləmə əleyhinə və s. məqsədlər üçün geniş istifadə olunmuşdur. İbn Sina qeyd edirdi ki, gülümbahardan hazırlanmış cövhərdən tükün tökülməsində, sinir xəstəliklərində, zəhərli həşəratsancmalarına qarşı istifadə olunmuşdur. Gülümbahardan hazırlanan preparatlarla angina, stomatit, alveollar və s. müalicə edirlir. Eyni zamanda dərmangülümbaharından hazırlanan dərmanlarla mədə və onikibarmaq bağırsağın yaralarını, qastritin, uşaqlıq və sidik qanaxmalarında, qaraciyər və öd axan yollarının xəstəliklərində işlədilir. Bundan başqa, ondan hipertoniya xəstəliyi zamanı ürəyin ritmini tənzimləmək üçün istifadə olunur.
Müəyyən edilmişdir ki, gülümbahann dərmanları mərkəzi sinir sistemini sakitləşdirir, qan təzyiqini azaldır, ürəyin döyünməsini tənzim edir. Bu bitki çox güclü bakterosid xassəyə malik olduğundan stafılokok və streptokoklara yaxşı təsir edir. Xalq təbabətində qurudulmuş çiçəklərindən çay dəmləyib öd yollan, ağız boşluğu, diş, boğaz ağnsı və s. xəstəliklərin müalicəsində istifadə edirlər. Qurudulmuş çiçəkləri əvvəlcə xırdalayır, sonra kərə yağında məlhəm hazırlayaraq, gec sağalan yaraların və eləcə də çibanın üstünə yaxırlar. Gülümbahar preparatları soyuqdəymələrdə,, ödqovucu, böyrək və diatez əleyhinə də işlədilir. , Gülümbahar cövhərindən ağız boşluğu soyuqdəymələrində, diş ətindən axan qanm kəsilməsində, qabar və ziyillərin, piqment ləkələrinin müalicəsində geniş istifadə olunur.  Gülümbahardan müalicə preparatlarının hazırlanması. Ay yığımları, yaralar, damirov, darıda baş veran irinli sapgdar va şaxta vurmalarda. Gülümbaharm çiçəklərindən sulu məhlulda hazırlanmış qatı ekstraktından istifadə edilir. Qatı mahlulıın hazırlanması. Təzə çiçəkdən 50 q götürüb 0,5 litr qaynar suya töküb axşama qədər dəmləyin. Səhər süzüb üzərinə 50 q iri duz parçası salıb tam əriyənə qədər qarşdınn. Sonra tənzifi 6-8 qat edib aldığınız ckstraktla isladıb xəstə olan nahiyəyə yaş sarğı kimi istifadə edin. Əməliyyat gündə 2 dəfə olunmalıdır. Sarğını açdıqdan sonra xəstə nahiyənin üzərinə maz sürtün. - 323 ' Mazın hazırlanması. 10 q qaz və yaxud toyuğun bərk yağından götürüb 50 q gülümbahann spirtli cövhərinin üzərinə əlavə edib su hamamının üzərinə qoyun və spirt buxarlanıb qurtarana qədər qanşdınn. Ekstraktı gaynatmaq olmaz. Ahnmış maz şaxtavurma və trofık yaralann müalicə olunmasında işlədilir. Gülümbahar yağının hazırlanması. Şüşə bankanı götürüb içərisini gülümbahar çiçəkləri ilə doldurub 7-10 gün günəşin qabağına qoyub saxlayın. Sonra bankanm aşağı hissəsinə toplanan yağı süzüb qaranlıq soyuq yerdə saxlayın və lazım gəldikcə işlədin. Sifətdə gənələr tərəfindən törədilən xəstəliklərin müalicəsində. 3 xörək qaşığı gülümbahar çiçəyini kofeüyüdəndən keçirib, alınan tozun üzərinə 5 xörək qaşığı su töküb sıyıq almana qədər qanşdınn. Sonra sıyığın üzərinə yarım stəkan vələmir sıyığı əlavə edin. Alınmış kütləni yaxşı-yaxşı qanşdınn və üzərinə yenidən 1 xörək qaşığı limon şirəsi, 1 çay qaşığı bal, 1 ədəd yumurta sansı əlavə edib eyni cinsli kütlə almana qədər qanşdınn. Alınmış kütlədən 1 çay qaşığı götürüb 150 ml suyun içərisinə tökün və qanşdmn, sonra pambığa hopdurub sifətinizi silib-təmizləyin. Sifətinizə əlavə olaraq gavalı sıyığı yaxıb 5-10 dəqiqə saxladıqdan sonra yuyun. Müalicə kursu uzunmüddətlidir. Afiaz stomatitdə, gingivit, pioreya, distrofiya, parodontoz, soyuqdəymələrdə, tonzillitdə. 20 q gülümbahar çiçəyindən götürüb 100 q qaynar suya töküb axşamdan səhərə qədər dəmə qoyun. Sonra süzüb ağız nahiyəsini, yaxalayın, burun nahiyəsində baş verən qüsurlarda damcısından istifadə edilir. Prosesi hər yanm saatdan bir təkrar edin. Kəskin anginada isə hər yanm saatdan bir boğaz nahiyəsini qarqara edin . Trixinoz (trixomonad) kolitdə. Bunun üçün 1 həb trixopol, 1 çay qaşığı bal, 1 çay qaşığı soğan sıyığından götürüb tənzifin üzərinə yaxıb, tampon şəklinə salm. Cüt günlər tampondan, tək günlər isə gülümbahar mazmdan istifadə edin. Yadda saxlamaq lazımdır ki, əməliyatı aparan zaman 1 çay qaşığı gülümbahann spirtli cövhərindən qəbul edin. Müalicə kursu 21 gündür. Blefarıtm yüngül formasının müalicəsində. Qatılaşmayan göz yaşı vəzinin sekresiya kanalının tutulmasının təmizlənməsində, konyuktivitdə, itdirsəyində təzə gülümbahar çiçəklərindən hazırlanmış dəmləməsini gözə damızdırmaqla müalicə edirlər. Doğuşdan sonra sifətdə əmələ gələn çil və piqment ləkələrini müalicə etmək üçün gündə 3 dəfə gülümbahann yarpaq və çiçəklərindən alınan şirədən istifadə edin. Qastirit, onikibarmaq bağırsaq yaralarının, entrokolitin, qaraciyər və ödyollan xəstəliklərinin müalicəsində. Gülümbahar, çobanyastığı və boymadərən bitkilərini bir-biriləri ilə qanşdınn. Qanşdırdıqdan sonra 2 xörək qaşığı götürüb 0,5 litr qaynar suya töküb axşama qədər dəmləyin. Alınmış cövhərdən gündə 3 dəfə, stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. Müa324 licəni 40 gün davam etdirin. 14 gün istirahət verdikdən sonra, daha 40 gün müalicəni davam etdirin. Ürək-damar xəstəliyində. Ürək döyünmələrində, təngnəfəslikdə, şişmələrdə gülümbahar, xoruzgülü və pişikotunun qarışığından istifadə olunması məsləhət görürlür. Bunun üçün 1 xörək qaşığı qarışıqdan götürüb 1 stəkan qaynar suya töküb 8-10 saat dəmləyin. Sonra süzüb 3 saat ara verməklə 1 xörək qaşığı daxilə qəbul edin, Kəskin ürək bulanmalarında və qusma zamanı (hamiləlikdə toksikoz zamanı). Bunun üçün eyni miqdarda gülümbahar çiçəyi ilə quşəppəyi qarışığından 1 xörək qaşığı götürüb bir stəkan qaynar suya tökün və bütün gecəni dəmlədikdən sonra gündə 3 dəfə bir xörək qaşığı yeməyə yanm saat qalmış daxilə qəbul edin. Mədə soyuqdəymələrində. Mədəaltı vəzinin, dalağın fibroz dəyişilmələrində gülümbahar, dəmirovotu, zəncirotu, dazıotundan götürüb bir-biri ilə eyni miqdarda qanşdırm. 2 xörək qaşığı götürüb 0,5 stəkan qaynar suya töküb səhərə qədər dəmləyin. Sonra 3 dəfə yeməkqabağı stəkanın 3/4 hissəsi qədər daxilə qəbul edin. Kəskin qarın köpmələrində. Bunun üçün 1 xörək qaşığı gülümbahar, pişikotu kökü və şüyüd qarışığından götürüb 1 stəkan qaynar suda dəmliyib süzün. Gündə 3 dəfə stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. Gülümbahardan hazırlanmış «Kaferit» preparatı ilə qanazlığı xəstəliklərini, «Kaleflon» preparatı ilə isə mədə və bağırsaq soyuqdəymələrinin müalicəsində istfadə edirlər. Dismenoreyya, klimakteriya, yuxusuzhığun, hipertoniyanın başlanğıc dövründə. Gülümbahar çiçəyindən 1:10 nisbətində götürüb 70%-li spirtdə cövhərini hazırlayıb 21 gün qaranlıq yerdə saxlayın. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmış 15-20 damcı 30 ml suya töküb qəbul edin. Qanı axan yaraların müalicəsi üçün. Gülümbahardan hazırlanmış mayeni tənzifə hopdurub yaranın üzərmə qoyun. Qaraciyərsirrozunda. 40 q gülümbahar çiçəyi, 40 q dazotu, 20 q çovdar mahmızı, 30 q yolotu, 40 qr solmazçiçək, 10 q çobanyastığı qarışığından 3 xörək qaşığı götürüb bir stəkan qaynadılmış soyuq suyun üzərinə töküb 10-12 saat saxlayın. 5 dəqiqə qaynatdıqdan sonra süzün. Dalaq şişmələrində. Gülümbahar və boymadərən çiçəyinin qarışığın-. dan götürüb qanşdırm. Alınmış qarışıqdan 3 xörək qaşığı 3 stəkan qaynar suya töküb dəmləyin. Sonra süzüb gündə 3 dəfə 1 stəkan yeməkdən qabaq qəbul edin. Xənazjr və raxit xəstəliklərdə. 3 xörək qaşığı gülümbahar çiçəyindən götürüb 2 stəkan qaynar suda dəmləyib, uzun müddət stəkanın yarısı qədər gündə 3 dəfə qəbul edin. 325 Kəskin xronikifarinqitin, kataralitik anginanın, stonıatitin, gingivit vəparadontözun müalicəsində. 3 xörək qaşığı doğranmış gülümbahar çiçəynidən götürüb bir stəkan süya tökün və su hamamına qoyub 15 dəqiqə qaynadıb 45 dəqiqə dəmləyib süzün. Sonra stəkana su əlavə edib əvvəlki həcminə gətirin. Ekstraktdan gündə 2-3 dəfə 1-2 xörək qaşığı qəbul edin. Kəskin uşaqlıq yaralarının eroziyası zamanı. Yuxanda göstərdiyimiz üsulla ekstraktı hazırlayıb 1 litr isti suyun üzərinə töküb zədələnmiş nahiyəni gündə 1-2 dəfə yuyun. Baş gicəllənmələri zamanı. 3 xörək qaşığı gülümbahar çiçəklərindən götürüb 1 stəkan qaynarsuya töküb 45 dəqiqə dəmləyib, süzün. Ekstraktdan gündə 1-3 xörək qaşığı qəbul edin. Uşaqlarda baş verən raxitin müalicəsində. 3 xörək qaşığı gülümbahardan götürüb, 2 xörək qaşığı boymadərən çiçəkləri ilə qanşdınb 0,5 litr qaynar suya töküb 10 dəqiqə dəmləyib, süzün. Bu ekstraktdan tez-tez uşağa çay kimi içirdin

Saglamolun.Az





Seçilən
121
saglamolun.az

1Mənbələr