AZ

Luis Enrike: “Təəssüf ki, Kilian Mbappe “Real”a keçdi”

PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin fransalı keçmiş ulduz hücumçusu, hazırda “Real”da çıxış edən Killian Mbappe haqda söhbət açıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Kilian ilə bağlı, mən əla oyunçu ilə tanış oldum. Nadir rast gəlinən, müstəsna çaplı bir adamdır. İnsani, mehriban, məhrəm biridir. O, əla oyunçudur. Təəssüf ki, o, “Real”a keçdi. Xüsusilə o vaxt. Ancaq həyat da oyunun bir hissəsidir. O, çox yaxşı işləyir. Onu qınamağa heç bir əsasım yoxdur. Biz həmişə onun üstünlüklərini təkmilləşdirməyə, çatışmazlıqlarını isə gizlətməyə çalışırıq. O, həmişə çox nəzakətli və hörmətli idi. Həmçinin onun qardaşı və valideynləri”, deyə Luis Enrike vurğulayıb.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş futbolçu, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

6 il Fransa nəhənginin uğurları üçün çalışmış Mbappenin Paris klubunun heyətində çıxışının ümumi mənzərəsi belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Mbappe vurduğu 256 qolla PSJ tarixinin ən sərrast futbolçusudur.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb.

Seçilən
75
3
arena.az

10Mənbələr